DÜNYA


Benyamin Netanyahu: Ümid edirəm ki, İsrail ilə Türkiyə arasındakı münasibətlərdə normalaşma prosesi davam edəcək

A+ A

Bakı, 17 iyul, AZƏRTAC

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyədə hərbi çevrilişə cəhddən sonra açıqlama verərək, hər iki ölkə arasında münasibətlərdə normalaşma prosesinin davam edəcəyinə ümidvar olduğunu bildirib.

AZƏRTAC haberler.com saytına istinadla xəbər verir ki, bu barədə Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik toplantısındakı çıxışında deyib.

Qeyd edək ki, aprelin 27-də Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması haqqında sənədin mətni hazırlanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.