DÜNYA


Berat Albayrak: Almaniyanın “EWE” enerji şirkəti Türkiyəyə 120 milyon avroluq investisiya yatıracaq

A+ A

Bakı, 23 noyabr, Nihad Budaqov, AZƏRTAC

Almaniyanın “EWE” enerji şirkəti Türkiyəyə 120 milyon avro dəyərində investisiya yatıracaq.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak deyib.

“Dünyanın qabaqcıl enerji şirkətlərindən olan “EWE”nin baş icraçı direktoru Matias Brükmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Türkiyəyə 120 milyon avro dəyərində yeni investisiya qoyuluşu həyata keçirəcəklərini bildirdilər. Türkiyə iqtisadiyyatının etibarlığını və sağlamlığını dünya təsdiq edir. Almaniyanın külək enerjisi nəhəngi “Nordex” şirkətinin baş icraçı direktoru Lars Bondo Kroqsqard ilə görüşdə isə o, bərpaolunan enerji sahəsində Türkiyədəki investisiya mühiti ilə yaxından maraqlandıqlarını vurğuladı”, - deyə nazir əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.