REGİONLAR


Bərdə “ASAN xidmət” Mərkəzində “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

A+ A

Bərdə, 8 avqust, AZƏRTAC

Bərdə “ASAN xidmət” Mərkəzində “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin və “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən yarışda mərkəzin könüllülərindən ibarət 5 komanda iştirak edib.

Tədbirdə çıxış edən Bərdə rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Aydın Qasımov ölkəmizdə gənclərin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan, onların intellektual səviyyələrinin yüksəldilməsi və vətənpərvər ruhda tərbiyə olunması sahəsində görülən işlərdən danışıb.

Bərdə regional “ASAN xidmət” Mərkəzinin nümayəndəsi Saray Mayılzadə mərkəzin könüllüləri arasında müxtəlif intellektual oyunların keçirilməsinin ənənə halı aldığını bildirərək, komandalara uğurlar arzulayıb.

Əsasnaməyə uyğun olaraq bir mərhələdə keçirilən yarışda komandalara 30 sual verilib. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar verilib.

Tədbirin açılışında və fasilələrdə Gənclər və İdman İdarəsinin könüllüləri tərəfindən hazırlanmış musiqi nömrələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.