REGİONLAR


Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tiryəkxana aşkar edilib VİDEO

A+ A

Bərdə, 29 oktyabr, AZƏRTAC

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkarlar arasında nüfuz sahibi kimi tanınan Abduləzimov Tural Raqif oğlu saxlanılıb.

Bərdə rayon polis şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 1984-cü il təvəllüdlü Bərdə şəhər sakini Tural Abduləzimov rayonun Əliyanlı kəndi ərazisində “Narçiçəyi” yeməkxanasının yaxınlığında özünə məxsus avtoyuma məntəqəsinin həyətində xüsusi hazırladığı otaqda narkotik vasitələrin istehlakı üçün tiryəkxana təşkil edib. T.Abduləzimov saxlanılarkən ondan çətənə bitkisindən kustar üsulla hazırlanmış 19,618 qram narkotik vasitə olan qurudulmuş marixuana və 2,321 qram tiryək aşkar edilərək götürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Fakta görə T.Abduləzimov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 238.1-ci maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.