REGİONLAR


“Bərdə abidələri uşaqların gözü ilə” adlı rəsm sərgisi maraqla qarşılanıb

A+ A

Bərdə, 29 dekabr, AZƏRTAC

Bərdə Dövlət Rəsm Qalereyasında “Bərdə abidələri uşaqların gözü ilə” adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, rayon Mədəniyyət və Turizm Şöbəsinin Turizm İnformasiya Mərkəzi ilə birgə təşkil etdiyi sərgidə məktəblilərin rayonun tarixi abidələrinə və müasir inkişafına həsr etdikləri əl işləri sərgilənib.

Tədbirdə çıxış edən Rəsm Qalereyasının direktor əvəzi Səbuhi Qasımov Bərdənin keçmişinin, tarixi abidələrinin tanıdılması baxımından sərginin əhəmiyyətini yüksək qiymətləndirib.

Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov son illər ölkəmizdə turizm sahəsində görülən işlərdən, Bərdənin turizm potensialından söz açıb. Bildirib ki, təkcə Azərbaycanın deyil, bütövlükdə, Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindən olan Bərdə eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi-mədəniyyət abidələri ilə zəngindir. Bu isə Bərdədə turizmin inkişafını şərtləndirən əsas amildir.

Sonra sərgiyə baxış keçirilib. 4 saylı uşaq incəsənət məktəbinin müəllimi Rəşad Hüseynov şagirdlərin çəkdikləri rəsmlər haqqında iştirakçılara məlumat verib.

Maraqla qarşılanan sərginin sonunda şagirdlərə Turizm İnformasiya Mərkəzinin diplomları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.