REGİONLAR


Bərdə: bu günədək 3099 ton məhsul tədarük edilib

A+ A

Bərdə, 17 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Uzun fasilədən sonra bu il Bərdə rayonunda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq yenidən dirçəlməyə başlayıb. Əgər ötən il rayon ərazisində 1162 hektarda pambıq əkilmişdisə, bu il 3003 hektarda “ağ qızıl” becərilib. Düzgün aqrotexniki qulluq sayəsində tarlalarda bol məhsul yetişib.

AZƏRTAC xəbər verir ki, hazırda Bərdə rayonunda pambıq yığımının qızğın çağıdır. Pambığın qısa müddətdə və itkisiz yığılması üçün lazımi tədbirlər görülür. Pambıq həm əl əməyi, həm də maşınlarla yığılır.

Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu günədək 3099 ton məhsul tədarük edilib. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC-nin rayon filialına və “CTS Aqro” MMC-nin Bərdə pambıq istehsalı və emalı zavoduna təhvil verilir.

Qeyd edək ki, sovet dönəmində Bərdə pambıqçılıq sahəsində respublikamızın ən qabaqcıl rayonlarından idi. 1981-ci ildə rayonda 28 min hektar pambıq tarlasından 126 min tona yaxın məhsul tədarük edilmişdi. Lakin 1990-cı illərdən başlayaraq bu sahəyə olan maraq azalmışdı. Dövlətimizin başçısının tapşırıq və göstərişləri nəticəsində artıq rayonda pambıqçılıq yenidən inkişaf dövrünə qədəm qoyub. Rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı pambıq istehsalını artırmaq üçün stimul yaradır. Pambıqçılığın inkişafı istiqamətində görülən tədbirlər sayəsində gələn il 8000 hektarda pambıq əkilməsi nəzərdə tutulur. Bərdə zəhmətkeşlərinin yekdil fikri pambıqçılıqda əvvəlki şöhrəti qaytarmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.