REGİONLAR


Bərdə məktəbliləri Quba-Qusar-Xaçmaz bölgəsini yaxından tanıyacaqlar VİDEO

A+ A

Bərdə, 12 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Noyabrın 12-də Bərdə rayonunun mərkəzi meydanında qələbəlik idi. Rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyada iştirak edən məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola salmaq üçün meydana toplaşmışdılar.

AZƏRTAC xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya və təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış edərək, şagirdlərə turun məqsədi barədə məlumat verib, onlara səfərlərinin xoş və mənalı keçməsini arzulayıblar. Bildirilib ki, respublikamızda gənclərin hərtərəfli inkişafı üçün gözəl şərait yaradılıb. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası da gənclərə dövlət qayğısının təzahürüdür. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.

Müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini veriblər.

Şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, onlar üçün ayrılmış avtobusla Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.