REGİONLAR


Bərdə rayon məşğulluq mərkəzi tərəfindən 676 nəfər işlə təmin edilib

A+ A

Bərdə, 21 avqust, AZƏRTAC

Bərdə rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə cari ilin 7 ayında mərkəzə müraciət edən 3435 nəfər işaxtarandan 676-sı idarə, müəssisə və təşkilatlarda işlə təmin edilib. Vətəndaşlar əsasən qaz istismar sahəsi, suvarma sistemləri, subartezian quyularının istismarı idarələri, meşə mühafizəsi müəssisəsində və elektrik şəbəkəsində işlə təmin olunublar. Bu dövrdə 115 nəfərə işsiz statusu verilib, 125 nəfərə müavinət ödənilib.

Hazırda rayonun idarə və müəssisələrində 63 vakant iş yeri var. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə sentyabrda növbəti “Əmək yarmarkası” keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.