REGİONLAR
Bərdə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başladığı ilk gündə 644 nəfər vətəndaşa xidmət göstərib
Bərdə, 30 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Xəbər verdiyimiz kimi, martın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bərdə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Bərdə regional “ASAN xidmət” mərkəzinin direktoru Elman İsayev jurnalistlərə müsahibəsində bildirib ki, mərkəzin fəaliyyətindən Bərdə, Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarının 800 minə yaxın sakini yararlanacaq. “ASAN xidmət” mərkəzi fəaliyyətə başladığı ilk gündə 644 nəfər vətəndaşa xidmət göstərib. Vətəndaşlar əsasən şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat xidmətləri və digər məsələlərlə bağlı müraciətlər ediblər.