REGİONLAR


Bərdə və Masallıda sahibkarlar üçün treninq keçirilib

Bakı, 7 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Bərdədə və Masallıda sahibkarlar üçün treninqlər keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Made in Azerbaijan" brendinin yaradılması və inkişafı", "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" mövzularını əhatə edən treninqlərdə istehsal sahələrində biznesin səmərəli təşkili, brendləşmənin xüsusiyyətləri, investisiya təşviqi sənədinin alınması üçün biznes planın tərtibinə dair metodiki tövsiyələr, təsdiqedici sənədin verilməsi qaydaları və s. barədə geniş məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlərdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, həmçinin sahibkarların şikayətlərinə baxılması prosedurları və s. barədə ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.