REGİONLAR


Bərdə və Tərtərdə yerləşən hərbi hissələrə bayram sovqatı paylanılıb

Göyçay, 18 mart, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçayda fəaliyyət göstərən “AzNar” QSC-nin sahibi Fərhad Əhmədovun təşəbbüsü ilə Bərdə və Tərtər rayonlarındakı “N” saylı hərbi hissələrə Novruz bayramı münasibətilə sovqat göndərilib.

AZƏRTAC xəbər verir ki, hərbi hissələrdə zabit və əsgərlərlə görüşən “AzNar” QSC-nin nümayəndələri ön cəbhədə düşmənlə üzbəüz Vətənin keşiyində ayıq-sayıq dayanan igid oğulları bayram münasibətilə təbrik ediblər.

Sonra yük avtomobili ilə hərbi hissələrə aparılan “AzNar” QSC-nin meyvə şirələri və kompotları, eləcə də qoyun əti, müxtəlif ərzaq məhsulları və bayram şirniyyatları əsgərlərə paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.