REGİONLAR


Bərdədə 1126 ton pambıq tədarük edilib

A+ A

Bərdə, 3 oktyabr, AZƏRTAC

Dövlətimizin başçısının tapşırıq və göstərişləri nəticəsində Bərdə rayonunda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq yenidən dirçəlməyə başlayıb. Əgər ötən il rayon ərazisində 1162 hektarda pambıq əkilmişdisə, bu il 3003 hektarda “ağ qızıl” becərilib. Gələn il isə 8500 hektarda pambıq əkilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, pambıqçılıqla məşğul olan bərdəli fermerlər tarlalarda məhsul yığımını davam etdirirlər. Rayon Statistika idarəsindən verilən məlumata görə bu günədək 1126 ton məhsul tədarük edilib. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC-nin Bərdə filialına və “CTS Aqro” MMC-nin Bərdə pambıq istehsalı və emalı zavoduna təhvil verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.