REGİONLAR


Bərdədə 5 min tondan çox pambıq tədarük edilib

A+ A

Bərdə, 14 noyabr, AZƏRTAC

Bərdəli fermerlər pambıq tarlalarında məhsul yığımını davam etdirirlər.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, bu günədək 5008 ton məhsul tədarük olunub. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC-nin Bərdə filialına və “CTS Aqro” MMC-nin Bərdə pambıq istehsalı və emalı zavoduna təhvil verilir.

Qeyd edək ki, dövlətimizin başçısının tapşırıq və tövsiyələri nəticəsində Bərdə rayonunda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq yenidən dirçəlməyə başlayıb. Əgər ötən il rayon ərazisində 1162 hektarda pambıq əkilmişdisə, bu il 3003 hektarda “ağ qızıl” becərilib. Gələn il isə 8000 hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.