REGİONLAR
Bərdədə Bilik günü qeyd olunub
Bərdə, 13 sentyabr, AZƏRTAC
Bərdə Rayon Mədəniyyət Mərkəzində 15 sentyabr - Bilik günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər şərəfli peşə sahibləri olan müəllimləri qarşıdan gələn Bilik günü münasibətilə təbrik edib, gənc nəslin təlim-tərbiyəsində onların əvəzsiz rolundan danışıblar.
Sonra rayonun Kələntərli kənd mədəniyyət evi və Qasımbəyli kənd klubunun bədii özfəaliyyət kollektivləri “Mənim ilk müəllimim” adlı ədəbi-bədii kompozisiya və konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə, həmçinin müəllimlərə həsr edilmiş şeirlər və rəngarəng musiqi nömrələri səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]