REGİONLAR


Bərdədə “Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib

A+ A

Bərdə, 22 oktyabr, AZƏRTAC

Bərdə rayonu 5 nömrəli tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bərdə Rayon İcra Hakimiyyəti və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsinin, Bərdə Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, dini icma sədrləri, dindarlar, təhsil, mədəniyyət və səhiyyə işçiləri iştirak ediblər.

Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, dini işlər üzrə komissiyanın sədri Vahid Qarayev tədbiri açaraq, mövzunun əhəmiyyətindən danışıb.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Rahib İbrahimov “Dini ekstremizmə və dini radikalizmə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda çıxış edib. Rahib İbrahimov Azərbaycanda multikulturalizm ənənələrindən, ölkəmizdə İslami dəyərlərlə tolerant dəyərlərin mükəmməl səviyyədə uzlaşdırılmasından bəhs edib. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ekstremizmə qarşı apardığı mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib və dini icmaların bu sahədə müvafiq dövlət orqanları ilə əməkdaşlığının önəmini vurğulayıb.

Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini işlərin təşkilatçısı Eldəniz Səfərov, Bərdə şəhər Cümə məscidinin axundu Ramazan Hüseynov, hüquq-mühafizə orqanlarının nümayəndələri çıxış edərək, dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodlarından, həyata keçirilən tədbirlərdən, cəmiyyətin bu sahədə maarifləndirilməsinin əhəmiyyətindən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.