REGİONLAR
Bərdədə arpa biçini başa çatıb
Bərdə, 3 iyul, AZƏRTAC
Bərdə rayonunun fermerləri və torpaq mülkiyyətçiləri arpa biçinini başa çatdırıblar.
Rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov AZƏRTAC-a bildirib ki, zəmilərdən 9 min 68 ton məhsul əldə edilib. Hər hektarın məhsuldarlığı orta hesabla 32,7 sentner olub.
Rayonda buğda biçini də uğurla davam edir. Belə ki, bu günədək 8651 hektarda biçin aparılıb, 34 min 517 ton məhsul tədarük edilib. Buğda zəmilərinin məhsuldarlığı hər hektardan orta hesabla 39,9 sentnerdir.
Qeyd edək ki, cari ilin məhsulu üçün Bərdə rayonunda 13 min 959 hektarda taxıl, o cümlədən 11 min 183 hektarda buğda, 2776 hektarda arpa becərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]
Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]