REGİONLAR


Bərdədə bələdiyyə sədrlərinin iştirakı ilə vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi təqdim olunub

A+ A

Bərdə, 4 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının təşkilatçılığı ilə “Yerli (Bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi”nin tətbiqinə dair növbəti zona seminarı Bərdə şəhərində keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət evində keçirilən tədbirdə Yevlax, Naftalan, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Füzuli, İmişli, Tərtər, Goranboy şəhər və rayonlarında fəaliyyət göstərən bələdiyyələrin sədrləri və aidiyyəti mütəxəssislər iştirak ediblər.

Seminarda bildirilib ki, bələdiyyələrdə yerli vergi və ödənişlərin yığımının artırılması bələdiyyə sədrlərinin III ümumrespublika toplantısının qərarlarına əsasən qarşıya qoyulan vəzifələrdən biridir. Bələdiyyələrdə uçot sisteminin olmaması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulmaması və tam mənada şəffaflığın təmin edilməməsi əsas çətinliklərdəndir. Bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması prosesinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən onlayn qaydada bir serverdən idarə olunan yerli (bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi hazırlanıb.

Bildirilib ki, hazırkı sistemi bələdiyyələrdə tətbiq etməklə bələdiyyələr vergi və ödəniş ödəyicilərinin uçota alınmasını, tədiyyəçilərlə normal münasibətlərin qurulmasını, yaşayış və qeyri-yaşayış sahələri, bələdiyyə torpaqlarının istifadəsi üzrə dəqiq statistik məlumatların hazırlanmasını, ödənişlərin onlayn qaydada operativ ödənilməsinin təmin edilməsini, gəlir və xərclər üzrə dəqiq statistik məlumatların hazırlanmasını, eyni zamanda, bələdiyyələrdə şəffaflığın təmin olunmasını və digər sahələr üzrə təhlillərin aparılmasını təmin edəcəklər.

Bələdiyyə sədrləri təqdim olunan sistemin tətbiqinin yerli özünüidarəetmənin maliyyə, iqtisadi potensialının güclənməsinə, o cümlədən yerli vergi və ödənişlərin yığım səviyyəsinin artırılmasına əhəmiyyətli təsir edəcəyini bildiriblər.

Qeyd edək ki, zona seminarları Bakı və Gəncə şəhərlərində də keçirilib. Həftənin sonuna kimi zona seminarları davam etdiriləcək və respublikanın bütün bələdiyyə sədrlərinin iştirakı təmin olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.