REGİONLAR


Bərdədə dabaq xəstəliyinə qarşı kütləvi peyvəndləmə tədbirləri aparılır

A+ A

Bərdə, 3 iyul, AZƏRTAC

Bərdə rayonunda iribuynuzlu heyvanlarda dabaq xəstəliyinin qarşısının alınması və epizootoloji sabitliyin təmin edilməsi məqsədilə kütləvi peyvəndləmə tədbirləri aparılır.

Bərdə rayon baytarlıq idarəsinin rəisi Mehman İsmayılov AZƏRTAC-a bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən rayona 90 min doza miqdarında dabaq vaksini verilib. İyun ayının əvvəlindən başlayan peyvəndləmə tədbirləri zamanı 70 mindən çox heyvan vaksinasiya olunub. Peyvəndləmə işlərinin bir həftə ərzində başa çatdırılması nəzərdə tutulur. O qeyd edib ki, rayonda digər xroniki və iti infeksion xəstəliklərə qarşı profilaktiki vaksinasiya işləri də uğurla həyata keçirilir. Belə ki, heyvanlarda qara yara, nodulyar dermatit, brusellyoz, manqo xəstəliklərinə, quşlarda taun əleyhinə profilaktiki vaksinasiya işləri aparılıb. 23 min baş iribuynuzlu heyvan brusellyoz xəstəliyinə görə yoxlanılıb, 8440 baş heyvanda vərəm xəstəliyinə qarşı diaqnostiki müayinələr həyata keçirilib.

Aparılan profilaktik tədbirlər nəticəsində rayonda epizootik durum sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.