REGİONLAR


Bərdədə dünya çempionu ilə görüş

A+ A

Bərdə, 8 noyabr, AZƏRTAC

Bərdə şəhər akademik Zərifə Əliyeva adına məktəb-liseydə kikboksinq üzrə 5 qat dünya çempionu Kamil Şərifovla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon idmançılarının və gənclərin iştirak etdiyi görüşdə əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib.

Gənclər və idman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək, Kamil Şərifovu 5-ci dəfə dünya çempionu adını qazanması münasibətilə təbrik edib, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə qazanılan uğurlardan danışıb.

Bildirilib ki, Kamil Şərifovun İtaliyanın Karara şəhərində keçirilən kikboksinq üzrə dünya çempionatında rəqibləri üzərində qələbə qazanaraq 5-ci dəfə dünya çempionu olması, üçrəngli bayrağımızı ən yüksəyə qaldırması onun Dövlət Bayrağı Gününə ən böyük töhfəsidir.

Kikboksinq üzrə 5 qat dünya çempionu Kamil Şərifov çıxışında idmana gəlişindən, əldə etdiyi nailiyyətlərdən, o cümlədən İtaliyada keçirdiyi görüşlərdən danışıb.

Çempiona Bərdə rayon Gənclər və İdman İdarəsinin xatirə hədiyyəsi və gül dəstələri təqdim olunub. Kamil Şərifov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Məktəb-liseyin şagirdlərinin ifasında musiqi kompozisiyası nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.