REGİONLAR
Bərdədə elektrik təsərrüfatı yenidən qurulur
Bərdə, 13 avqust, AZƏRTAC
Bərdədə elektrik təsərrüfatı yenidən qurulur.
Bərdə Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayonda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində tədbirlər görülür. Cari ildə rayonun Əmirli, Dəymədağıldı, Kərimbəyli kəndlərinin və Güloğlular kəndinin yeni yaşayış məhəlləsinin elektrik şəbəkələri yenidən qurulub. 376 ədəd 10 kilovoltluq (kV), 2 min 981 ədəd 0,4 kV-luq yeni beton və dəmir dirəklər basdırılıb, 296 ədəd yeni sayğac quraşdırılıb. 21,845 kilometr naqil yenisi ilə əvəz edilib, 64,391 kilometr SİP kabel çəkilib.
Şəbəkədə 831 ədəd qüsurlu sayğac yenilənib. Qaradəmirçi yarımstansiyasında 3 ədəd KRN-10 vakuum açarı və rayon mərkəzində 9 ədəd yeni Komplekt Transformator Məntəqəsi quraşdırılıb, 108 ədəd 10/04 kV-luq transformator yarımstansiyası təmir edilib.
Hazırda Tumaslı, Cumalar, Lənbəran, Əyricə, Kələntərli, Qasımbəyli və Mollalı kəndlərinin elektrik şəbəkələrinin yenidən qurulması işləri aparılır. Canavarlı yarımstansiyasında qapalı yarımstansiya quraşdırılır.