REGİONLAR
Bərdədə karate-do üzrə rayon birinciliyi keçirilib
Bərdə, 27 may, AZƏRTAC
Bərdə Olimpiya İdman Kompleksində 28 May - Respublika Günü münasibətilə uşaq, yeniyetmə və gənclər arasında karate-do üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bərdə rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxış edərək, idmançıları qarşıdan gələn bayram münasibətilə təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və dövlətçilik tariximizdə rolundan, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan, rayon idmançılarının son illərdə əldə etdikləri uğurlardan, ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunlarından danışıb.
Gərgin mübarizə şəraitində keçən yarışın sonunda qaliblərə diplom və medallar təqdim olunub.