REGİONLAR
Bərdədə keçirilən konsert sakinlərin və şəhərin qonaqlarının marağına səbəb olub
Bərdə, 26 iyun, AZƏRTAC
Bərdə şəhər 2 nömrəli uşaq musiqi məktəbinin kollektivi Tərtər çayı sahilində yerləşən Heydər Əliyev adına park-bulvarda Ramazan bayramı münasibətilə konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, musiqi məktəbinin direktoru Xırda Ağayeva bayram münasibətilə iştirakçıları təbrik edib, milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmət rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq arzulayıb.
Məktəbin kollektivinin, həmçinin “Qarabağ xalq çalğı alətləri ansamblı”nın və “Qarabağ” rəqs qrupunun təqdim etdikləri rəngarəng musiqi nömrələri və rəqslər maraqla qarşılanıb, izləyicilərdə yüksək əhval-ruhiyyə yaradıb. Tədbirdə yerli sakinlərlə yanaşı, şəhərin qonaqları və turistlər də iştirak edib.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən bu cür tədbirlər bundan sonra da davam etdiriləcək.