REGİONLAR


Bərdədə keçirilən sərbəst güləş üzrə birincilikdə 60 idmançı iştirak edib

Bərdə, 25 iyul, AZƏRTAC

Bərdə Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin yaranmasının 23-cü ildönümü münasibətilə sərbəst güləş üzrə keçirilən rayon birinciliyi başa çatıb.

AZƏRTAC xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda müxtəlif çəki dərəcəsində 60 güləşçi iştirak edib.

Bərdə rayon Gənclər və İdman idarəsinin rəis müavini Aydın Qasımov və sərbəst güləş üzrə idman ustası Hümbət Ağayev çıxış edərək ölkəmizdə gənclərə və idmanın inkişafına göstərilən dövlət qayğısından, həyata keçirilən gənclər siyasətindən, Azərbaycan idmançılarının qazandığı nailiyyətlərdən danışıblar.

Birincilik yarışın baş hakimi, idman ustası Nadir Muxtarovun rəhbərliyi ilə 3 nəfərdən ibarət hakimlər heyəti tərəfindən idarə edilib. Gərgin mübarizə şəraitində keçən yarışın qalibləri müvafiq dərəcəli diplomlarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.