REGİONLAR


Bərdədə oxucu konfransı keçirilib

A+ A

Bərdə, 29 avqust, AZƏRTAC

Bərdə rayon Səməd Vurğun adına Mərkəzi Kitabxanada “Kitabxanaların ictimai həyatda rolu” mövzusunda oxucu konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə rayonun fəal gəncləri, ziyalılar, bu il respublikanın ali məktəblərinə qəbul olunan məzunlar və kitabxananın oxucuları iştirak ediblər.

Mərkəzi kitabxananın xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova, təqaüddə olan müəllim Rəşid Kazımov, Bərdə şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Gülçöhrə Hüseynova və digərləri çıxış edərək, kitabxanaların ictimai həyatda rolundan, bilik mənbəyi olan kitabın əhəmiyyətindən, onun cəmiyyətin tərəqqisinə, insanın mənəvi aləminə müsbət təsirindən danışıblar.

Bildirilib ki, hər bir millət özünün mənəvi dünyasını yeni nəslə kitab vasitəsilə çatdırır. Gənc nəslin bilikli, dünyagörüşlü, vətənpərvər ruhda yetişməsində təhsil müəssisələri ilə yanaşı, kitabxanalarının da böyük rolu var. Mütaliə vasitəsilə öyrətmək, öyrətməklə tərbiyə etmək vəzifəsini üzərinə götürən kitabxanaların işi rəngarəng və çoxcəhətlidir.

Sonda kitabxananın fəal oxucusu İbrahim Abbasov gitara ilə mahnılar ifa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.