REGİONLAR


Bərdədə rabitə xidmətinin səviyyəsi yüksəldilir

A+ A

Bərdə, 15 avqust, AZƏRTAC

Bərdə rayonunda rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Bərdə rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, cari ildə rayon mərkəzində 0,9 kilometr optik kabel çəkilib. Alaçadırlı kəndində 164 nömrə tutumlu Elektron Avtomat Telefon Stansiyası (EATS) qurularaq istifadəyə verilib, 80 ev telefon rabitəsi ilə təmin olunub. Mərkəzi ATS-də 640, Şatırlı kənd ATS-də 128, Əyricə kənd ATS-də 128, Şirvanlı kənd ATS-də 32, Kələntərli kənd ATS-də 96 portluq DSLAM avadanlıqları qurulub, rayon mərkəzində 11 ədəd paylayıcı şkaf texniki normaya gətirilib. Görülən tədbirlər sayəsində şəbəkənin ümumi tutumu 842 nömrə artırılıb, geniş zolaqlı internet istifadəçilərinin sayı 590 nəfər artaraq 5574 nəfərə çatıb.

Hazırda rayonda rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi, yüksək sürətli internet portlarının sayının artırılması istiqamətində işlər davam etdirilir. Divanlı və Güloğlular kəndlərində, şəhərin Bahadur Hacıyev küçəsində yeni sürətli internet avadanlıqlarının quraşdırılması üçün tədbirlər görülür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.