CƏMİYYƏT


Bərdədə ticarət mərkəzində yanğın olub

Bakı, 20 iyul, AZƏRTAC

Bərdədə ticarət mərkəzi yanıb.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Bərdə şəhərində “Bərdə” ticarət mərkəzinin ərazisində vətəndaşlara məxsus bir-birinə bitişik tikilmiş ümumi sahəsi 612 kvadratmetr olan 12 mağazanın yanar konstruksiyaları ümumilikdə 600 kvadratmetr sahədə yanıb.

“Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Bitişik digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 05:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb”, - deyə məlumatda bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.