REGİONLAR
Bərdəli gənclər intellektual qabiliyyətlərini nümayiş etdiriblər
Bərdə, 30 may, AZƏRTAC
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində 28 may - Respublika Günü münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, gənclər və idman idarəsinin və tələbə-gənclər təşkilatının keçirdiyi yarışda 7 komanda iştirak edib.
Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan oğul və qızların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər gəncləri Respublika Günü münasibətilə təbrik edib, Azərbaycanda gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Bu cür tədbirlərin yeniyetmə və gənclərin intellektual səviyyələrinin yüksəldilməsində böyük rol oynadığı vurğulanıb.
Əsasnaməyə uyğun olaraq bir mərhələdə keçirilən yarışda komandalara 30 sual verilib. Sonda qalib komandalara təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar təqdim edilib.