REGİONLAR
Bərdəli məktəblilər “Biz sülh tərəfdarıyıq” mövzusunda diskussiyada iştirak ediblər
Bərdə, 22 sentyabr, AZƏRTAC
Bərdə şəhər Zərifə Əliyeva adına məktəb-liseydə yeniyetmə və gənclərin iştirakı ilə “Biz sülh tərəfdarıyıq” mövzusunda diskussiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Bərdə Rayon Gənclər və İdman İdarəsinin təhsil şöbəsi ilə birgə keçirdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər və idman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxışında bildirib ki, tədbirin keçirilməsində məqsəd gəncləri dünyanın qaynar nöqtələri barədə məlumatlandırmaq, sülhün qorunmasının vacibliyini onlara çatdırmaqdır.
Çıxışlarda bildirilib ki, sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün xüsusi aktuallıq kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz yurd-yuvalarından didərgin düşüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən məhrum olublar. Azərbaycan münaqişənin sülh yolu ilə aradan qaldırılmasına tərəfdardır. Bu gün Azərbaycanın qüdrətli ordusu var. Prezident, Ali Baş Komandan İlham Əliyev münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində əməli işlər görür.
Diskussiya şəklində davam edən tədbirin sonunda məktəb-liseyin şagirdlərinin və idarənin könüllülərinin hazırladıqları musiqili kompozisiya təqdim olunub.