REGİONLAR


Bərdəli məzunlar qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər

A+ A

Bərdə, 25 avqust, AZƏRTAC

Bərdə rayonunun ümumtəhsil məktəblərinin məzunları ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.

Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən 1459 məzundan 666 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 402-si tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 51 nəfəri 500-dən, 31 nəfəri isə 600-dən çox bal toplayıb. Xanqaraqoyunlu kənd tam orta məktəbin məzunu Rahib İsmayılov 691 bal toplayaraq, rayon üzrə ən yüksək nəticə göstərib.

Bərdənin ümumtəhsil məktəblərindən ən yüksək nəticəni isə Zərifə Əliyeva adına məktəb-liseyi göstərib. Bu təhsil ocağını bitirən 97 məzundan 89-u ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 75-i tələbə adını qazanıb. Qəbul imtahanlarında məktəb-liseyin məzunlarından 10 nəfəri 500-dən, 13 nəfəri 600-dən çox bal toplayıb.

Bundan başqa Bərdə şəhər 2 nömrəli tam orta məktəbdən 27 nəfər, şəhər 3 nömrəli tam orta məktəbdən 23 nəfər, 6 nömrəli tam orta məktəbdən 20 nəfər respublikanın müxtəlif ali məktəblərinə qəbul olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.