REGİONLAR
Bərdənin Mustafaağalı kəndinə təbii qaz verilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Bərdə rayonunun Mustafaağalı kəndinə təbii qazın verilişi bərpa edilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 645 abonenti olan kəndin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 65 min 619 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Hazırda rayonun daha 3 kəndində - Lənbəran, Otuzikilər və Mollalı kəndlərində qazlaşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin olunacaq.
Sakinlər və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.