REGİONLAR


Bərdənin kəndləri abadlaşdırılır

A+ A

Bərdə, 16 avqust, AZƏRTAC

Bərdə rayonunda tikinti-quruculuq və abadlıq işləri uğurla davam etdirilir. Şəhərlə yanaşı, rayonun kəndlərində də abadlıq işləri aparılır, infrastruktur yaxşılaşdırılır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, cari ildə Əyricə kənd yolunda Tərtər çayı üzərindəki körpü və Qazaxlar kəndində süd emalı müəssisəsi istifadəyə verilib.

Kərimbəyli, Mollaəhmədli, Mollaisalar, Hüseynalılar, Bəcirəvan kəndlərinin 50,14 kilometr daxili yolları, Arabaçılar, Hacılar, Qəhrəmanlı kəndlərində 9,97 kilometr içməli su şəbəkəsi əsaslı təmir edilib, 2 su çəni quraşdırılıb, 26 bulaq tikilib. Sərkarlar kənd qəbiristanlığı abadlaşdırılıb.

Yeni Əyricə-Əyricə kəndlərarası yolunun 2 kilometr və Güloğlular kənd yolunun 0,7 kilometr hissələrinə asfalt-beton örtüyü döşənib, yerli əhəmiyyətli yollarda 6745 kvadratmetr dağılmış asfalt-beton örtüyü bərpa edilib. Rayonun 24 kəndində 88,4 kilometr daxili yollar qum-çınqılla cari təmir edilib, ərazidə 850 ağac əkilib, 23,1 kilometr təsərrüfatdaxili və 0,5 kilometr baş arxlar lildən təmizlənib.

Rayonda 138 kilometr müxtəlif diametrli qaz xətləri çəkilib, 10 kənd qazlaşdırılıb, Əmirli, Dəymədağıldı və Kərimbəyli kəndlərinin, Güloğlular kəndinin yeni yaşayış məhəlləsinin elektrik şəbəkələri yenidən qurulub. 4 kənddə içməli su, 7 kənddə suvarma suyu üçün subartezian quyuları vurulub.

Hazırda 6 kənd qazlaşdırılır, 7 kəndin elektrik şəbəkəsi yenidən qurulur. Prezident İlham Əliyevin Sərəncamına əsasən 15 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun tikintisi davam etdirilir. 624 şagird yerlik Xanqaraqoyunlu kənd tam orta məktəbi əsaslı təmir edilir.

Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Bala Göyüşlü və Əmirli kəndlərində daxili yolların, Muğanlı kəndində içməli su şəbəkəsinin əsaslı təmiri, Mehdili kəndində açıq dren kanalın lildən təmizlənməsi işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.