REGİONLAR


Bərdənin təsərrüfatlarında payız-tarla işləri uğurla aparılır

A+ A

Bərdə, 3 noyabr, AZƏRTAC

Bərdə rayonunda gələn ilin məhsulu üçün bu günədək 4025 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər əkilib.

Rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov AZƏRTAC-a bildirib ki, bunun 1512 hektarı buğda, 1445 hektarı dən üçün arpa, 1068 hektarı isə yaşıl yem üçün arpadır.

Hazırda rayonun təsərrüfatlarında payız-tarla işləri uğurla davam etdirilir. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb olunub.

Qeyd edək ki, rayon taxılçıları cari ildə 13 min 676 hektar taxıl sahəsindən 51 min 407 ton məhsul tədarük ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.