SİYASƏT
Berlin Avropa İnstitutunun sədri: Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır
Bakı, 20 fevral, AZƏRTAC
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlar gücləndirilməlidir. Əsas məqsəd Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması olmalıdır.
Bu fikri AZƏRTAC-a məxsusi müsahibəsində “Qafqaz və Xəzər Regionunun Araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun sədri Matias Dornfelt deyib.
Almaniyalı ekspert bildirib ki, əgər Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar intensivləşdirilməsə, hərbi münaqişə qaçılmaz olacaq.