DÜNYA


Berlin özgəsinin əli ilə İŞİD-ə qalib gəlmək istəyir

Berlin, 25 may, AZƏRTAC 

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel NATO-nun “İslam dövləti” terrorçu qruplaşmaya qarşı döyüş əməliyyatlarında iştirak etməyin qəti əleyhinə olduğunu bildirib. Qabriel Almaniyanın dpa agentliyinə bugünkü müsahibəsində deyib: “Döyüş əməliyyatları NATO-nun vəzifəsi deyil. NATO müdafiə ittifaqıdır”.

Bununla bərabər, nazir ABŞ başda olmaqla İŞİD-ə qarşı beynəlxalq koalisiyada bu alyansın iştirakını dəstəklədiyini bildirib. O göstərib ki, təşkilata daxil olan 28 dövlətin hamısı artıq bu koalisiyanın iştirakçılarıdır. Cümə axşamı NATO-nun Brüsseldə keçiriləcək görüşündə həmin koalisiyada Şimali Atlantika Alyansının iştirak etməsi də rəsmən təsdiqlənməlidir.

ABŞ Prezidenti Donald Tramp NATO-nun terrora qarşı mübarizədə fəallığı artırmasını təkid edir. Lakin Qabrielin fikrincə, alyans bu mübarizənin ön cəbhəsində olmamalıdır. O deyib: “Təlimatçı missiyalarına heç kəs etiraz etmir. Biz indiyə qədər də bu missiyaları yerinə yetirmişik. Lakin biz NATO-nun döyüş əməliyyatlarına cəlb edilməsini tamamilə yanlış siqnal hesab edirik”.

Nazirin fikrincə, bu halda elə təsəvvür yarana bilər ki, guya Qərb islam dünyasının bir hissəsi ilə döyüşür.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.