İQTİSADİYYAT


Berlin və Paris aviareyslərində ikiqat millər

A+ A

Bakı, 30 mart, AZƏRTAC

"Azərbaycan Hava Yolları" (AZAL) özünün AZAL Miles bonus proqramı çərçivəsində yeni aksiyaya start verir.

AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 1-dən iyunun 1-dək Berlin və Parisə uçan proqram iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.

Bakı-Paris-Bakı aviareysləri həftədə 4 dəfə - çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuş Bakı vaxtı ilə səhər saat 06:35-də, Şarl de Qoll Hava Limanına eniş isə yerli vaxtla saat 10:05-də. Parisdən uçuş - yerli vaxtla saat 11:25-də, Heydər Əliyev Aeroportuna enmə Bakı vaxtı ilə saat 18:35-də.

Martın sonundan etibarən bərpa edilən Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa reyslər həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetirilir. Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuş - Bakı vaxtı ilə səhər saat 07:00-da, Tegel Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:55-də. Berlindən uçuş - yerli vaxtla saat 10:55-də, Heydər Əliyev Beynəlxalq Aeroportuna enmə - Bakı vaxtı ilə saat 17:25-də.

Paris və Berlinə aviareyslər biznes və ekonom salonlu komfortlu Airbus A320 və A319 laynerləri ilə həyata keçirilir.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilib: https://www.azal.az/az/azal-miles/miles-programme 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.