QAN YADDAŞI
Berlində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Berlin, 21 yanvar, AZƏRTAC
Azərbaycan Evi və Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə Berlindəki “İmam Rza” məscidində 20 Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunan anım mərasimi keçirilib. Mərasimdə “İmam Rza” məscidinin axundu Hacı Cəmaləddin 1990-cı il yanvarın 20-də sovet ordusu tərəfindən törədilmiş qəddarlıq aktı nəticəsində şəhid olmuş Vətən övladlarının ruhuna Qurandan ayələr oxuyub.
Daha sonra “Azadlığa gedən yol” adlı sənədli film nümayiş etdirilib. Filmdə əksini tapmış faciəli hadisələr iştirakçılar tərəfindən müzakirə olunub.
Anım mərasimində 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi ehtiramla yad edilib, ehsan süfrəsi açılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.01.2024 [02:44]
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.01.2024 [16:42]
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
- 26.01.2024 [13:32]
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
- 23.01.2024 [11:00]
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb
- 23.01.2024 [01:15]
Vaşinqtonda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
- 22.01.2024 [19:16]
İstanbulda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı konfrans keçirilib
- 22.01.2024 [11:05]