MƏDƏNİYYƏT


Berlində Azərbaycan və Mərkəzi Asiya rəssamlarının sərgisi açılacaq

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 25-də Almaniyanın paytaxtında yerləşən Berlin-Bakı qalereyasında “Azərbaycan Mərkəzi Asiya ilə Berlində görüşür” adlı sərgi açılacaq.

AZƏRTAC qalereyanın saytına istinadla xəbər verir ki, iyulun 29-dək davam edəcək sərgidə rəssamlar Rasim Hüseynovun (Azərbaycan), Samat İşenbekovun (Qırğızıstan), Sayyora Muinin (Özbəkistan) və Kodir Rahimovun (Tacikistan) əsərləri nümayiş olunacaq.

Xatırladaq ki, 2007-ci ildə açılmış Berlin-Bakı qalereyasının fəaliyyətinin məqsədi almaniyalı və azərbaycanlı rəssamların, heykəltəraşların və digər incəsənət nümayəndələrinin əsərlərinin birgə sərgisinin təşkili və xalqlarımız arasında mədəni münasibətlərin daha da intensivləşməsinə töhfə verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.