SİYASƏT
Berlində akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Tədbir Almaniyada Elm İşçilərinin Biznes Klubu ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub. Mərasimdə AAKM-nin icraçı direktoru Samirə Patser-İsmayılova, Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Fikrət Axundov çıxış edib, akademik Azad Mirzəcanzadənin şəxsiyyəti barədə fikirlərini söyləyiblər.
“Alman-Azərbaycan Mədəniyyətinin Dostları” Cəmiyyətinin sədr müavini, biznes klubun rəhbəri Adil Bayramov “Neft və qaz sənayesinin inkişafında alim Azad Mirzəcanzadənin rolu” mövzusunda məruzə edib.
Azad Mirzəcanzadənin Almaniyadan olan aspirant və tələbələri çıxış edərək alim haqqında xatirələrini danışıb, Azad Mirzəcanzadənin yüksək intellektli alim və şəxsiyyət olduğunu vurğulayıblar.
Daha sonra “Azad Mirzəcanzadə ilə müsahibə” sənədli filmi nümayiş etdirilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin