ELM VƏ TEXNOLOGİYA


Berlində keçirilən “IFA 2016” sərgisi başa çatıb

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 7-də Almaniyanın paytaxtı Berlində keçirilən “IFA 2016” beynəlxalq istehlak elektronikası sərgisi başa çatıb.

AZƏRTAC “Expoclub” beynəlxalq sərgi portalına istinadla xəbər verir ki, “IFA 2016” elektronika, məişət texnikası, kompyuter və noutbuklar, telekommunikasiyalar, provayderlər, multimedia texnologiyaları kimi istiqamətləri əhatə edib.

Sərgidə “Acer” şirkəti dünyanın ən qalın və ağır (8 kq) noutbukunu, “Samsung” şirkəti “ağıllı” “Gear S3” saatlarını nümayiş etdirib. “ZTE” şirkəti isə 5,2 düyümlük “ZTE AXON 7” mini smartfonunu təqdim edib. Qurğu ilk növbədə qiyməti (300 avro) və səsi ilə maraq doğurub. Aparat əlavə olaraq “Hi-Fi” prosessoru ilə təchiz olunub. Bundan başqa, smartfona iki güclü stereodinamika quraşdırılıb.

Sərgidə təqdim edilən qeyri-adi qurğulardan biri də “Windows 10” əməliyyat sistemi (ƏS) əsasında işləyən soyuducu olub. “LG” şirkətinin istehsalı olan soyuducuda “işəsalma” düyməsi, “Windows Store” proqramlar mağazası və “Windows 10”un digər elementləri mövcuddur.

Qeyd edək ki, 1924-cü ildən etibarən hər il keçirilən “IFA” istehlak elektronikası sahəsində dünyada aparıcı innovasiyalar sərgisi hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.