DÜNYA


Berlinqton ticarət mərkəzindəki atışma qurbanlarının sayı 5-ə çatıb

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Amerikanın Vaşinqton ştatında yerləşən Berlinqton şəhərindəki ticarət mərkəzində naməlum şəxsin açdığı atəş nəticəsində həlak olanların sayı 5 nəfərə çatıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, son məlumata əsasən, insident nəticəsində 4 qadın və bir kişi həyatını itirib. Vaşinqton ştatının polis idarəsinin nümayəndəsi Mark Frensis mətbuat konfransında qatilin tapılması üçün aktiv axtarışların aparıldığını qeyd edib və əhalini küçələrə çıxmamağa çağırıb.

Polis ov tüfəngi ilə silahlanan və əynində qara futbolka olan qatili axtarır. Təhqiqata Federal Təhqiqatlar Bürosunun yerli bölməsi də cəlb edilib. Cinayətin motivləri hələ ki, bəlli deyil.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.