DÜNYA


Bərpa olunan enerjinin səmərəliliyi artır

A+ A

Berlin, 27 dekabr, AZƏRTAC

Dünyanın 30-dan çox ölkəsində, o cümlədən Avstraliya, Braziliya, Meksika və Çilidə bərpa olunan enerji ucuzlaşıb, yaxud qiymətinə görə yer altından çıxarılan enerji daşıyıcılarına bərabər olub. Bu barədə məlumat Dünya İqtisadi Forumunun (DİF) dekabr ayı üçün hesabatında yer alıb.

Hesabatda bərpa olunan mənbələrdən və yer altından çıxarılan yanacaqdan enerji hasilatının dəyər paritetinə nail olmuş başqa ölkələrin adları açıqlanmır. “Deutsche Bank” əvvəllər həmin dövlətlərə Avropa İttifaqının 11 ölkəsini, o cümlədən Almaniyanı, habelə İsrail, Yeni Zelandiya, Türkiyə, Yaponiya və başqalarını aid etmişdi.

DİF-in uzunmüddətli investisiyalar şöbəsinin rəhbəri Maykl Drekslerin sözlərinə görə, bərpa olunan enerji “dönüş məqamına” çatıb. O deyib: “Günəş və külək energetikası hazırda çox rəqabətədavamlı olub, xərclər isə azalmağa davam edir. Bu, təkcə kommersiya baxımından uğurlu opsiya deyildir, həm də uzunmüddətli, sabit, inflyasiyadan müdafiə olunmuş gəliri olan investisiyalar üçün cəlbedici imkandır”.

DİF-in hesabatında deyilir ki, enerjinin dəyər pariteti yaxın bir neçə ildə artıq dünya ölkələrinin 80 faizində əldə ediləcək.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.