İQTİSADİYYAT


Beş ayda Azərbaycandakı magistral qaz kəmərləri ilə 10 milyard kubmetrədək qaz nəql olunub

Bakı, 16 iyun, AZƏRTAC

Bu ilin ilk beş ayında Azərbaycandakı magistral qaz kəmərləri ilə 9 milyard 778,5 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,5 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-may aylarında qaz nəqlinin 32,7 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri) vasitəsilə həyata keçirilib və bu kəmərlə 3 milyard 197,1 milyon kubmetr qaz ötürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.