İQTİSADİYYAT


Beş ayda “Azneft”də 2,5 milyon ton neft və 2,1 milyard kubmetr qaz hasil edilib

Bakı, 13 iyun, AZƏRTAC

Yanvar-may aylarında SOCAR-ın “Azneft” İstehsalat Birliyi 20 yeni, 49 fəaliyyətsiz quyu istismara verib.

Birlikdən AZƏRTAC-a verilən məlumata görə, bu ilin beş ayı ərzində “Azneft” İstehsalat Birliyinin bütün idarə və struktur birləşmələrində qarşıya qoyulmuş işlər uğurla yerinə yetirilib. Cari ilin ötən dövrü ərzində yeni quyuların istismara verilməsi, hasilatın artırılması üçün infrastrukturun təkmilləşdirilməsi, yeni texnologiyaların mənimsənilməsi istiqamətində mühüm işlər görülüb.

Beş ay ərzində “Azneft” İstehsalat Birliyi üzrə 2 milyon 567,9 min ton neft və 2 milyard 132,1 milyon kubmetr qaz hasil edilib. Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Həyata keçirilmiş qazma işləri nəticəsində, ilin ilk 5 ayı ərzində “Azneft”in sifarişi əsasında 20 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 21 min 468 ton neft hasil edilib.

Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün geoloji və texniki tədbirlərin aparılması böyük əhəmiyyət kəsb edir. Bu mənada ilin əvvəlindən 267 geoloji tədbir keçirilib, nəticədə 72 min 15 ton neft hasil edilib ki, bu da plana qarşı 45 tədbir artıq və 29 min 75 ton çox neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 17 min 86 ton plana qarşı 21 min 619 ton neft hasil edilib.

Ötən beş ayda fəaliyyətsiz quyu fondundan 25 quyu nəzərdə tutulduğu halda, 49 quyu istismara qaytarılıb. Bu quyulardan isə 14 min 991 ton əlavə neft alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.