İQTİSADİYYAT


Beş ayda BTC ilə 11 milyon tonadək Azərbaycan nefti nəql olunub

Bakı, 5 iyun, AZƏRTAC

Cari ilin may ayı ərzində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 237 min 140 ton Azərbaycan nefti nəql olunub.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-may aylarında bu kəmərlə 10 milyon 961 min 523 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən cari il iyun ayının 1-ə qədər BTC-yə 332 milyon 499 min 585 ton neft vurulub.

Bundan başqa, bu ilin may ayında BTC kəməri ilə 561 min 762 ton Türkmənistan nefti nəql olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.