İQTİSADİYYAT


Beş ayda bərələrlə 660 min tondan çox quru yüklər daşınıb

Bakı, 16 iyun, AZƏRTAC

Cari ilin ilk beş ayında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmi çoxalıb. Artım həm maye, həm də quru yüklərdə qeydə alınıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabata əsasən, yanvar-may ayları ərzində tanker və bərələrlə ümumilikdə 1 milyon 553 min 847 ton maye yük daşınıb. Əvvəlki ilin müvafiq dövründə isə bu göstərici 797 min 212 ton təşkil edib.

Sözügedən müddətdə bərələrlə daşınan quru yüklərin çəkisi 660 min 871 ton olub. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 54 min 150 ton çoxdur.

Hesabata görə, quru yük gəmiləri və Ro-Ro ilə daşınılan yüklərin həcmi də artıb. Belə ki, bu tip gəmilərlə beş ayda 305 min 6 ton yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 52 min 503 ton artıq yük deməkdir.

Xatırladaq ki, gəmiçilik daşımalar üçün onlayn sifariş də qəbul edir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişlidir. Tariflər qurumun www.acsc.az internet saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.