CƏMİYYƏT
Beş dövlət standartı ləğv edilib
Bakı, 28 noyabr, AZƏRTAC
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkədə qüvvədə olan dövlət standartlarının dövri yoxlamasını həyata keçirib. Yoxlama nəticəsində 5 dövlət standartı ləğv edilib. Bunlar “Peçenye”, “Yulaf peçenyesi”, “Qablaşdırılmış içməli su”, “Yataq ağları”, “Xərək və xərək tutqacları” üzrə olan standartlardır.
Komitədən AZƏRTAC-a bildiriblər ki, məqsəd qoyulan tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə əsaslanması səviyyəsini öyrənmək, qanunvericiliklə müəyyənləşdirilmiş müddəaların pozulmasının qarşısını almaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [14:24]
Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı
- 07.05.2024 [13:44]