İQTİSADİYYAT


Beş marşrut xəttinin hərəkət istiqaməti müvəqqəti dəyişdirilib

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 24-də səhər saatlarından etibarən "Azəravtoyol" ASC tərəfindən Dəmir Yolu Vağzalının yanındakı meydan və yol asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar Azadlıq prospektindən (C.Cabbarlının heykəli) Dilarə Əliyeva küçəsi ilə kəsişməyədək olan ərazi təmirə bağlanıb.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar, müntəzəm sərnişindaşıma ilə məşğul olan bir sıra marşrut xətlərinin hərəkət istiqamətlərinə müvəqqəti dəyişiklik edilib. Müvəqqəti dəyişikliyə əsasən, 8, 14, 1, 5, H1 (Exspress xətt) üzrə hərəkət edən avtobusların son dayanacağı kimi metronun "28 May" stansiyasının qarşısı deyil, Səməd Vurğun bağının qarşısı müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.