MƏDƏNİYYƏT
“Bəs mənim hüququm?!” filmi real hadisələr əsasında ekranlaşdırılıb
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Cənub” Regional Televiziyasının, Lənkəran Şəhər Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə Aysel Babazadənin “Bəs mənim hüququm?!” qısametrajlı filminin təqdimatı keçirilib. Təhsildən yayınaraq məcburi əməyə cəlb olunan məktəbli uşaqdan bəhs edən film Salyanda məktəblilər qarşısında nümayiş olunub.
“Bəs mənim hüququm?!” filmi real hadisələr əsasında ekranlaşdırılıb. Arif öz yaşıdları kimi məktəbdə təhsil almaq arzusundadır. Amma valideynlərinin təkidi ilə məcburi əməyə cəlb olunan 12 yaşlı məktəbli küçədə şəkərbura satıb evə qazanc gətirir. Arifin parta arxasında oturub təhsil almaq haqqı olsa da, valideynləri buna imkan vermir. İstər-istəməz Arifdə sual yaranır: Bəs mənim hüququm?! Film uşaqların öz hüquqlarının bilməsi istiqamətində ən yaxşı vasitədir. Hər kəs bilməlidir ki, Azərbaycanda təhsilin əsas məqsədi dövlətimiz qarşısında öz məsuliyyətini dərk edən, хalqımızın milli dəyərlərinə hörmətlə yanaşan, müstəqil və yaradıcı şəхsiyyət yetişdirməkdir.
Film növbəti günlərdə Lənkəran, Masallı, Biləsuvar və Neftçala rayonlarında nümayiş etdiriləcək.