ELM VƏ TƏHSİL


Beşinci ixtisas qrupu üzrə qabiliyyət imtahanlarından müvəffəq qiymət almış 900-dən çox abituriyent ixtisas seçib

Bakı, 8 avqust, AZƏRTAC

Ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçimi davam edir.

AZƏRTAC xəbər verir ki, avqustun 8-də saat 15:00-a olan məlumata əsasən, V ixtisas qrupu üzrə qabiliyyət imtahanlarından müvəffəq qiymət almış 1286 abituriyent ixtisas seçimi edib. Onlardan 1115-i Azərbaycan, 171-i isə rus bölmələrində təhsil alacaq abituriyentlərdir.

Həmin abituriyentlər elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiqləməlidirlər. I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.

Beşinci ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçimi avqustun 10-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.