MƏDƏNİYYƏT
“Best Comp Group” da öz endirimləri ilə Bakı Şopinq Festivalında!
Bakı, 13 aprel, AZƏRTAC
“Best Comp Group” şirkəti də Bakı Sopinq Festivalına qoşulub. Bununla da “Best Comp Group”un Bakının mərkəzində ayrı-ayrı ünvanlarda yerləşən mağazaları festivalın iştirakçısı statusunu alıb.
Bakı Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, paytaxt sakinləri ilə yanaşı, şəhərimizin qonaqları mayın 10-dək “Səməd Vurğun”, “28 may”, “Füzuli” və “Atatürk” küçələrində yerləşən məşhur “Bestel” və “Everbest” mağazalarında alış-veriş etməklə böyük güzəştlər əldə edəcəklər.
Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan həmin mağazalarda seçilmiş mallara 30 faizədək endirimlər tətbiq edilməklə ƏDV-ni geri almaq mümkün olacaq.
Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival–Tax Free” loqosu olan “Best Comp Group” mağazalarında alış-veriş etməklə, öz büdcəsinə qənaət etməyə dəvət edir. Festivala qoşulmuş mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər.
Qeyd edək ki, festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/ru/istirakcilarin-siyahisi/ linkində tanış olmaq olar.
Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə, Baku Şopinq Festivalı boyu iştirakçı mağazalarda alış-veriş etməyə tələsin!